PDF Oxu

Siyasət

  • 26

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi UNİCEF ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi UNİCEF ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

UNİCEF və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanda gənclərin həyatını zənginləşdirmək üçün əməkdaşlıq edəcək.

UNİCEF və "Bakı-2015" Avropa Oyunları bütün uşaqlar üçün idmanın gücünü artırmaq məqsədilə martın 16-da tərəfdaşlıq müqaviləsi imzalayıb.

Müqavilə gənclər və idman naziri, "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimov və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirier tərəfindən imzalanıb.

Müqavilə gənclərə idmanın onların həyatına necə təhlükəsiz və hərtərəfli dəyər gətirdiyini əks etdirir, həmçinin oyunların sosial irsinin inkişafında onların rolunu gücləndirir.

yap.org.az

Digər xəbərlər