"Həm hazırkı Ermənistan hakimiyyəti, həm də bir vaxtlar prezident olan Robert Köçəryan məhz Moskvanın xeyir duası ilə hakimiyyətə gəliblər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, Robert Köçəryanın prezidentlik dövründən sonra da rəsmi Moskva ilə əlaqələrinin normal qalması ilə bağlı kifayət qədər informasiyalar mövcuddur: "Köçaryan Rusiyanın gözündə Ermənistanda istifadə olunmaq üçün kadr kimi nəzərdən keçirilib. Bu baxımdan hesab edirəm ki, Ermənistanda hazırda hakimiyyətdə olan qüvvələr təsirli addımlar ata bilməsələr o zaman, Robert Köçəryanın hakimiyyətə gəlməsinə ehtimal var. Əgər Rusiya bu istiqamətdə hər hansısa bir addım atmağı müəyyənləşdirsə bunu reallaşdıra bilər. Ancaq burada bir məqam da var ki, qərb ölkələri də bütün resurslarından istifadə edərək hazırki klanın Ermənistanda hakimiyyətdə qalmasının qarşısını almağa çalışır. Bu baxımdan Köçəryanın növbəti dəfə Ermənistan prezidenti seçilməsi real görünür".
sia.az