PDF Oxu

Siyasət

  • 37

Qabil Hüseynli: “Rusiya Türkiyəni satmağa hazırdır”

Qabil Hüseynli: “Rusiya Türkiyəni satmağa hazırdır”

"Vladimir Putinin qondarma erməni soyqırımı ilə bağlı Ermənistanda keçiriləcək tədbirlərə getməsi Rusiya-Türkiyə münasibətlərinə xeyli zərər vuracaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, biz bu hadisə ilə bir daha şahid olduq ki, kritik məqam gəldiyi zaman Rusiya Türkiyəni kiçik bir dövlətə belə satmağa hazırdır: "Bu nöqteyi nəzərdən yanaşdıqda mənim zənnimcə Türkiyə hökumətinin Rusiya ilə bağlı planları bir daha ciddi şəkildə ölçülüb-biçilməlidir. Rusiya ilə strateji iş birliyinə getmək xatirinə, NATO və ABŞ-la münasibətləri korlamaq heç də düzgün addım sayıla bilməz. Rusiya ilə normal iş birliyinə getmək olar amma bu zaman mənsub olduğun qərb alyanslarının qərarlarının zidd addım atmaq olmaz. Ümumiyyətlə Türkiyə bir çox strateji manevrlər edir amma bu da son nəticədə onun problemlər içərisində qalmasına səbəb olur. Güman edirəm ki, Türkiyə Rusiya ilə olan münasibətlərinə bundan sonra daha çox nəzər yetirsə bu qardaş ölkə üçün daha yaxşı nəticələr verə bilər".

sia.az

Digər xəbərlər