PDF Oxu

Siyasət

  • 32

Əli Əhmədov: YAP sıralarında 640 mindən çox insanın birləşməsi vətəndaşların Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır

Əli Əhmədov: YAP sıralarında 640 mindən çox insanın birləşməsi vətəndaşların Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır

"Azərbaycanın siyasi sisteminin dinamik inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi və əhəmiyyətli rolu olmuşdur. Bu, öz növbəsində, Yeni Azərbaycan Partiyasının mövqeyinin möhkəmlənməsinə, ictimai rolu və əhəmiyyətinin artmasına səbəb olub. YAP-ın sıralarında hazırda 640 mindən çox Azərbaycan vətəndaşı birləşib. Qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi tarixində heç bir siyasi təşkilat öz sıralarında bu qədər insanı birləşdirməyib." Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib.

YAP Sədrinin müavini qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının sıralarında 640 mindən çox insanın birləşməsi hər şeydən öncə Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir. Bunu Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan üzvlərin sayının artım dinamikası da aşkar surətdə göstərir. YAP-ın bir özəlliyi də odur ki, partiya öz sıralarında Azərbaycan cəmiyyətinin ən fəal üzvlərini, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək istəyən və edən gəncləri, qadınları, həmçinin ziyalı və intellektual şəxsləri birləşdirir. Beləliklə, partiyanın sıralarında cəmiyyətin bütün zümrələrinin nümayəndələri birləşiblər.

"YAP müəyyən olunmuş vəzifələrin öhdəsindən uğurla gəlir. İstər seçkilərin keçirilməsi, istər partiyanın nüfuzunun gücləndirilməsi, həyata keçirilən siyasətin insanlar tərəfindən daha yaxşı qəbul olunması və təşviq edilməsi istiqamətində YAP bütün vəzifələrini ardıcıl şəkildə uğurla yerinə yetirir."-deyə, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirmişdir.

yap.org.az

Digər xəbərlər