Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair hesabatda göründüyü kimi, ötən il də Azərbaycan üçün uğurlu il olub". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.Millət vəkili qeyd edib ki, son 10 ildə olduğu kimi, 2014-cü ildə də davamlı inkişaf təmin olunmuş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın şaxələndirilməsi uğurlarla davam etdirilmiş, regionların inkişafında keyfiyyətcə yeni mərhələ açılmış, "Sənaye ili" çərçivəsində sənayeləşmə prosesi sürətlə aparılmış, əhalinin rifah halı yüksəlmiş və işsizliyin səviyyəsi aşağı düşmüşdür: "Eyni zamanda, dünyada 7 il öncə başlanmış qlobal maliyyə və iqtisadi böhrandan minimum itkilərlə çıxan Azərbaycan iqtisadiyyatı beynəlxalq reytinqlərdə də irəliləmişdir. Bütün qazanlan uğurların fonunda beynəlxalq münasibətlər sistemində yerini və rolunu gücləndirən Azərbaycan həmçinin, Avropanın enerji xəritəsini dəyişdirəcək tarixi addımlar da atmışdır. Əlbəttə ki, bütün bunlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olub. Bütün əldə olunan nailiyyətləri nəzərə alaraq deyə bilərəm ki, 2015-ci il də böhranın təsirlərinə baxmayaraq, Azərbaycan üçün uğurlu il olacaq
sia.az