"Biz tələb edirik ki, əgər onlar İrəvana gedirlərsə, Ermənistan rəhbərliyi ilə görüşürlərsə Azərbaycanlı girovlarla bağlı məsələləri də gündəmə gətirsinlər. Azərbaycanın girovları ölkəmizə geri qaytarılmalıdır". SİA-nın məlumatına görə, bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sudanlı həmkarı Ali Ahmed Karti ilə birgə keçirdiyi mətbuat konfransında ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.Nazirin sözlərinə görə, hətta ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da rəsmi İrəvanda olarkən bu məsələyə toxunmuşdu: "Eləcə də Avropa İttifaqının nümayəndələri işğalçı ölkədə olarkən Ermənistan rəhbərliyi səviyyəsində bu məsələyə toxunmuşdular".Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəlincə deyə bilərəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlarda biz gərək tezliklə Böyük Sülh sazişi üzərində işə başlayaq: "Sonuncu dəfə həmsədrlər Bakıda olarkən təklif etdilər ki, bəlkə elə İşçi Qrup yaradılsın. Amma məndə olan məlumata görə, İşçi Qrupun yaradılması ilə bağlı məsələ İrəvanda rədd edilib. Təbiidiri ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bu həm həmsədrlərin, həm də Azərbaycanın mövqeyidir". Qeyd edək ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib. A.Kaspşik Dağlıq Qarabağın separatçı rejminin "xarici işlər naziri" Karen Mirzoyan ilə görüşüb. Görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub.
sia.az