PDF Oxu

Siyasət

  • 27

Avropa Parlamenti ilk dəfə Novruzu qeyd edir

Avropa Parlamenti ilk dəfə Novruzu qeyd edir

Avropa Parlamentinin, Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Qırğızıstan Respublikası, Hindistan Respublikasının Belçikadakı səfirlikləri və UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub. Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, bayram tədbirində Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı institutlarının çoxsaylı nümayəndələri, Belçika və Avropa İttifaqında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, eyni zamanda Belçika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirdə Avropa Parlamentinin Prezidenti Martin Şultsun iştirakçı ölkələrə ünvanladığı təbrik məktubu oxunub və səslənən çıxışlarda Novruz bayramı barədə tədbir iştirakçılarına məlumat verilib. Həm təbrik məktubunda, həm də Avropa Parlamentinin deputatları tərəfindən səslənən çıxışlarda Novruz bayramının multikulturalizm və sivilizasiyalararası dialoqa tövhə verdiyi qeyd olunub, eyni zamanda Avropa üçün həssas bir dönəmdə geniş bir coğrafi regionda qeyd olunan bu bayramın sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, Azərbaycan stendində milli şirniyyatlarımızla yanaşı, Azərbaycanın turizm potensialını əks etdirən, eyni zamanda Bakıda keçiriləcək İlk Avropa Oyunları barədə kitab və broşürlər sərgilənib.

sia.az

Digər xəbərlər