Cavaxetiyaya xüsusi təyinatlılar yeridilib
Bundan sonra Gürcüstanın xüsusi təyinatlıları ermənilərin kompakt yaşadığı Samtse-Cavaxetiya bölgəsinə daimi olaraq nəzarət edəcək.
Artıq bununla bağlı bir sıra tədbirlər planı da həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
Qeyd olunur ki, Gürcüstanın daxili işlər nazirliyinin regional idarə mərkəzi yerləşən Axalkalaki və Axaltsix arasında yerləşən Aspindzə xüsusi nəzarət edəcək.
Bununla bağlı Aspindzə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin iştirakı ilə təntənəli tədbir keçirilib.
Qeyd edək ki, sözügedən bölgədə kompakt yaşayan erməni əhalisi oranı "kiçik Ermənistan" adlandırırlar. Eyni zamanda, orada separatizm meyllərinin olması da Gürcüstanın güc strukturlarının diqqətindən kənarda qalmayıb.
sia.az