"Azərbaycanda NATO ilə xüsusi əməkdaşlıq planının möhkəm olduğunu müşahidə edirik". Bu sözləri jurnalistlərə verdiyi açıqlamasında NATO Baş Qərargahının Siyasi və təhlükəsizlik məsələləri şöbəsinin əməkdaşı Steffen Elgersma deyib.Onun sözlərinə görə, təhlükəsizlik sahəsində NATO və Azərbaycan arasında möhkəm əlaqələr qurulub, keçən il ərzində isə əsaslı irəliləmələr müşahidə edilib: "NATO ilə əməkdaşlığın ən mühüm istiqamətlərindən biri təhlükəsizliyin təminidir. Son 1 il ərzində xüsusilə təhlükəsizlik sahəsində Azərbaycanda əsaslı dəyişiklik olub".NATO nümayəndəsi həmçinin Rusiya – Ukrayna məsələsinə də toxunub. O qeyd edib ki, NATO işğal olunan ölkəyə hərtərəfli yardım göstərəcək: "Biz Rusiya ilə əlaqələrimizə xüsusi diqqət edirik. Kırım məsələsindən sonra Rusiya ilə əlaqələrə bir daha baxılır və bu məsələ diqqət mərkəzində saxlanılır. Ukraynaya müdafiə dəstəyinin verilməsi istiqamətində işlər görülür".
sia.az