"Aprelin 24-ü Ermənistana səfəri gözlənilən Fransua Ollandın sonradan Azərbaycana gəlişi Azərbaycan-Fransa münasibətlərinin inkişafına yönələn bir addım ola bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.Onun sözlərinə görə Fransa kimi güclü bir dövlətin başçısının Azərbaycana gözlənilən səfəri Dağlıq Qarabağ münaqişəsi fonunda heç də Azərbaycanın könlünü almaq niyyəti daşımır: "Fransa Ermənistana hər zaman dəstək olub. Fransada kifayət qədər güclü erməni lobbisi var. Ölkə başçısı da müəyyən dərəcədə onun təsiri altındadır. Ümumiyyətlə Fransa prezidentləri hər zaman ermənipərəst mövqeləri ilə seçiliblər. Ancaq Fransua Ollandın Azərbaycana səfəri hesab edirəm ki, məqbuldur. Bu səfər könül almaq xarakterindən daha çox Azərbaycan-Fransa münasibətlərinin müəyyən dərəcədə inkişafına yönəlib".
sia.az