"Ərəb birliyinin yeni ordu formalaşdırılmasının müsbət cəhətləri var. Çünki ilkin olaraq bu birlik qarşısına yaxşı məqsədlər qoyub". Bu sözləriSİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, ərəb ölkələri ortaq bir Ərəb ordusunu qurmaqla terrorizmə qarşı birgə mübarizə aparmaq niyyətindədirlər: "Qarşıya qoyulan məqsədin düzgün reallaşdırılmasını görmək üçün müəyyən zaman keçməlidir. Əvvəla onu qeyd edim ki, ərəb qüvvələrinin formalaşdırılması xeyli vaxt aparacaq. Xarici işlər nazirləri səviyyəsində birlik əldə olunsa da, onu praktiki surətdə formalaşdırmaq heç də asan məsələ deyil. Mənim fikrimcə canlı qüvvələrin birləşməsi, ümumi komandanlıq, qərərgah məsələləri bir sözlə strukturun formalaşması xeyli çətinliklərlə qarşılaşacaq. Hərhalda ümid edirəm ki, ərəb ölkələrinin ortaq ordu qurması həmin regionda sülhün qorunub saxlanılmasına xidmət edəcək".
sia.az