PDF Oxu

Siyasət

  • 17

Vaqif Abışov: “Təklif gözdən pərdə asmağa hesablanıb” AÇIQLAMA

Vaqif Abışov: “Təklif gözdən pərdə asmağa hesablanıb” AÇIQLAMA

"Ümumiyyətlə bu məsələ yeni deyil. Çünki Müsavat Partiyası tərəfindən AXCP-yə dəfələrlə müraciətlər olunub". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov İsa Qəmbərin AXCP-yəvə onun sədri Əli Kərimliyə müttəfiqlik təklifi irəli sürməsi və rədd cavabı almasına münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, hətta onlar müəyyən vaxtlarda seçkilər, kütləvi aksiyalar zamanı koalisiya şəklində birləşiblər: "Amma son nəticə onların bir-birinə qarşı olan nifrətləri birləşmələrinə imkan vermıyib. Hətta vaxtilə AXCP ilə Müsavatın birləşməsi məsələsi ortaya çıxmışdı. Bu mənada inanmıram ki, onlar haçansa bir nöqtəyə gəlsinlər. Çünki onların hər birinin böyük ambisiyası var. Bu gün Müsavat Partiyası parçalanmış vəziyyətdədir və hələ də bu proses davam edir. Düşünürəm ki, sözügedən təklif gözdən pərdə asmağa hesablanıb və şou xarakterlidir".

sia.az

Digər xəbərlər