PDF Oxu

Siyasət

  • 43

YAP rəsmisindən AÇIQLAMA

YAP rəsmisindən AÇIQLAMA

Aydın Hüseynov: "Onlar buna əmin ola bilərlər"

"Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf faktoru bir daha təsdiq edir ki, Azərbaycanın iqtisadi qüdrəti dayanqlı olmaqda davam edir və edəcək. Ümumiyyətlə, bu istiqamətdə dövlət tərəfindən bütün zəruri addımlar atılır, uğurlar, nailiyyətlər davam edir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın iqtisadi məsələlər üzrə komissiyasının sədr müavini Aydın Hüseynov bəzi qaragüruhçu "qüvvələrin", Milli Şura və AXCP rəhbərliyinin əhali arasında süni ajiotaj yaratmaq məqsədilə aksiyalar etmək çağırışlarına münasibətini bildirərkən deyib. YAP rəsmisi bildirib ki, bu gün Azərbaycanın inkişaf və tərəqqisini gözü götürməyən xarici qüvvələrin əlaltılarına çevrilən küçə müxalifətini heç də xalq, dövlət, ölkə maraqları ilgiləndirmir: "Onların məqsədləri hər kəsə kifayət qədər bəllidir. Çünki onları ayaqda saxlayan xalq kütləsi deyil, nökərçilik etdikləri bəzi xarici təşkilatların qrant paylarıdır. Bu baxımdan, onların daha öncə keçirdikləri mitiniqlərində olduğu kimi, bundan sonra keçirməyə hazırlaşdıqları aksiyalarında da hər zamankı situasiya yaşanacaq. Demək istədiyim budur, Cəmil Həsənli, Əli Kərimli, Fuad Qəhrəmanlı və s. dırnaqarası müxalifət başbilənlərinin ətraflarını yalnız 500-600 nəfər tutacaq ki, onların da məqsədləri pul-para qazanmaqdan ibarətdir. Martın 15-də keçirilən mitinq də məhz bunu sübut etdi".

Aydın Hüseynovun vurğuladığına görə, əslində radikal, dağıdıcı müxalifət liderləri də yaxşı anlayırlar ki, onların cəhdləri əbəsdir və bu kimi addımları ilə onsuz da itirmiş olduqları nüfuzlarını daha da dalana dirəmiş olurlar: "Çünki faktlara deyil, onlara verlən təlimatlara uyğun olaraq "siyasət yürüdən" radikallar bütün mənalarda iflasa doğru sürətlə irəlilədiklərini yaxşı bilirlər. Sadəcə, xarici təşkilatlardan əldə etdikləri valyutaların kəsiləcəyindən ehtiyat edərək, məcburi, zorən mitin və aksiyalar keçirməyə cəhd göstərirlər. Amma təbii ki, bununla özlərini daha da çox yandırmış olurlar".

YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini son olaraq qeyd etdi ki, Azərbaycanın iqtisadi gücünün daha da şaxələndirilməsi istiqamətində atılan addımlar, qəbul edilən Dövlət Proqramları qarşıdakı dövrlərdə Azərbaycanda daha möhkəm iqtisadiyyatın formalaşmasına zəmin yaradır: "Bu, iqtisadiyyatımızın şaxələndirilməsinin geniş vüsət alacağına stimul verir. Nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində də müstəsna rol alacaq bu kimi mütərəqqi addımlar hazırda bu danılmaz faktora qarşı çıxan daxili və xarici qüvvələrin iflası ilə başa çatacaq. Onlar buna əmin ola bilərlər".

sia.az

Digər xəbərlər