PDF Oxu

Siyasət

  • 33

Azərbaycanlı deputat ermənilərə çıxış yolunu göstərdi

Azərbaycanlı deputat ermənilərə çıxış yolunu göstərdi

Elman Məmmədov: "Vəziyyətdən çıxış yolu işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycan və Türkiyə ilə normal qonşuluq yaratmaqdan keçir"

"Erməni xalqının bütün tarixi saxta olsa da, bütöv bir xalqın ünvanına demək olmaz ki, onların hamısı köçəryanlar, sarkisyanlar, zori balayanlar kimi terrorçu, işğalçı, cinayətkarlardırlar. Yəni ermənilərin içərisində də obyektiv, ağıllı düşünənlər, baş verən prosesləri düzgün analiz etməyə qadir olanlar var". Bunu SİA-ya Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov bildirib.Millət vəkilinin sözlərinə görə, həmin ermənilər bugünkü vəziyyəti analiz edərək görürlər ki, Ermənistanın normal bir dövlət kimi mövcud olması, yaşaması üçün yeganə çıxış yolu qonşuları, xüsusilə də Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqdır: "Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yolu budur. Nə qədər Rusiya təyyarə və digər vasitələrlə ermənilərə ərzaq, silah-sursat daşıyacaq? Kənardan gələn ərzaq, silah-sursat bu xalqı inkişaf etmiş gələcəyə apara bilərmi? Xeyr. Bu gün Ermənistan səfalət, dilənçi vəziyyətində yaşamağa düçar olub. Bu vəziyyətdən çıxış yolu isə işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycan və Türkiyə ilə normal qonşuluq yaratmaqdan keçir". E. Məmmədov əlavə edib ki, ermənilər Dağlıq Qarabağı və ətraf yeddi rayonu azad etməli və Türkiyəyə qarşı qondarma "soyqırım" iddialarından əl çəkməlidir: "Bunlar baş verərsə, ermənilər normal vəziyyətdə yaşaya bilərlər. Başqa çıxış yolları yoxdur"."Əlinə ağ bayraq götürüb Azərbaycana pənah gətirən gənc erməni əsgəri hərəkəti ilə bütün ağlı yerində olan ermənilərə müraciət etdi ki, ən düzgün yol budur. Yəni, siz terrorçu, işğalçı, cinayətkar köçəryanların, sarkisyanların, zori balayanların küyünə gedib özünüzü bədbəxt etməyin, düz yola qayıdın. Bu hərəkət gənc erməni əsgərinin xalqına verdiyi mesaj idi" – deyə, E. Məmmədov qeyd edib.

sia.az

Digər xəbərlər