PDF Oxu

Siyasət

  • 24

“MŞ-nın görəcəyi iş təbliğat və maarifləndirmə olacaq” AÇIQLAMA

“MŞ-nın görəcəyi iş təbliğat və maarifləndirmə olacaq” AÇIQLAMA

"Ümumiyyətlə, bəzi KİV-lərdə bilərəkdən və yaxud bilmərəkdən hərbi sirləri yayması artıq Azərbaycanda xeyli müddətdir ki, aktualdır". BunuSİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli məsələyə münasibət bildirərkən deyib.Sədr müavinin sözlərinə görə, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir: "Bu cür məsələlərin necə tənzimlənməsi haqqında artıq müzakirələr gedir. Heç kimə sirr deyil ki, bu məsələ 2014-cü ilin iyulun axırı, avqustun əvvəllərində daha aktuallığı ilə ortaya çıxdı. Səbəb isə avqust ayında cəbhə bölgəsində yaranan problemlər oldu. Bu məsələlərdən sonra 2014-cü ildə Azərbaycanda bəzi KİV-lər xeyli problemlər yaratdı. Beləcə onların bilərəkdən və yaxud bilmərəkdən düşmən ölkənin marağlarına xidmət etdiyi faktı ortalığa çıxdı. Bildiyiniz kimi, həmin vaxtı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbəliyi ilə müşavirə keçirildi. Həmin müşavirədə sözügüdən məsələlər geniş müzakirə olundu. Bu zaman ortalığa iki nəticə çıxdı. Vəziyyətin təhlili göstərdi ki, bu cür yalnışlığlar bir sıra KİV-lərin bilmərəkdən yol verdikləri səhvlərdir. Amma bəziləri isə məlum oldu ki, onlar birlərəkdən düşmən dəyirmanına su tökdüyü faktları ortaya çıxdı. Təbii ki, məsələnin aradan qaldırılması üçün cəmiyyətə geniş mesajlar verildi. Hətta 2014-cü ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cəbhə bölgəsində informasiya təhlükəsizliyinin təmin olunması barədə Sərəncam verildi. Bundan sonra qanunvericilikdə təkmilləşdirmələr aparıldı və s. Bundan sonra isə kim bu yanlışlığlara yol verirsə, deməli onlar düşmən mövqeyinə xidmət edirlər. Təbii ki, bu mənada onlar haqqında ciddi ölçü götürülməsinə zərurət var".MŞ-nın gördüyü işlərə gəlincə M.Ələsgərli deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin sentyabrında cəbhə bölgəsində informasiya təhlükəsizliyinin təmin olunması barədə Sərəncamında MŞ-nın görəcəyi işlər, istiqamətlərə aydınlıq gətirilib: "MŞ-nın bu sahədə görəcəyi iş təbliğat və maarifləndirmə olacaq. Hazırda da təmsil olunduğum qurum bu işi görür".

sia.az

Digər xəbərlər