PDF Oxu

Siyasət

  • 30

“Siyasi önəm yüksəkdir” AÇIQLAMA

“Siyasi önəm yüksəkdir” AÇIQLAMA

"ABŞ Senatı öz müttəfiqlərinə, onunla sıx əməkdaşlıq edən və NATO ilə Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edən ölkələrə maliyyə yardımı edir. O cümlədən bu ölkələrin təhlükəsizliyi ilə bağlı müəyyən işləri həyata keçirir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov ABŞ Senatının Azərbaycanda daxil olmaqla bir sıra ölkələrlə hərbi əməkdaşlığı genişləndirməsi haqqında qəbul etdiyi qanuna münasibət bildirərkən deyib.Müstəqil hərbi ekspertin sözlərinə görə, sevindirici haldır ki, ABŞ Senatı Azərbaycanı da bu qanun layihəsində qeyd edib: "Bizim qonşu Gürcüstan, o cümlədən NATO-ya daxil olmağı qarşısına məqsəd qoyan Ukrayna, Moldova və digər ölkələr də bu siyahıda var. Hesab edirəm ki, bu, çox önəmli bir məqamdır. Bunun maliyyə tərəfindən daha çox siyasi önəmi yüksəkdir. Onsuzda Azərbaycanın maliyyə imkanları öz təhlükəsizliyini təmin etmək üçün yetərlidir. Sözügedən qanun Azərbaycan zabitlərinin NATO-nun müxtəlif ölkələrdə keçirilən kurslarına iştirakına dəstəkdir. Təbii ki, bunun özü çox önəmli və vacibdir. Hesab edirəm ki, bundan sonra da ABŞ dünyanın ən super güc dövləti olaraq maliyyə dəstəyi ilə yanaşı, digər dəstəyləri də göstərməkdə davam edəcək. Çünki bu hər zaman belə olub".

sia.az

Digər xəbərlər