Ümumiyyətlə mən hesab etmirəm ki, hər hansı bir səfər həyata keçirilirsə o bilərəkdən edilir". Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu xarici jurnalistlərin Dağlıq Qarabağa səfər etmələrinə münasibət bildirərkən deyib.BAMF rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağa səfər edən xarici jurnalistlər Ermənistanda keçirilən mediaforum çərçivəsində işğalçı ölkə jurnalistlərindən ibarət formalaşdırılmış qrupdur: "Bildiyiniz kimi, Ermənistan qondarma erməni soyqırımının 100-cü ildönümünə hazırlaşırlar. Ona görə də onlar bütün vasitələrdən istifadə etməyə çalışırlar. Çox güman ki, bu səfərdə Ermənistanda mediaforum çərçivəsində həyata keçirilən növbəti işlərdən biridir. Düşünmürəm ki, ora səfər edən jurnalistlər bunu bilməyərəkdən ediblər. Təbii ki, onlar Ermənistan rəhbərliyinin dəvəti ilə ora səfər ediblər. Digər tərəfdən ortalığda jurnalist marağları dayanır. Onlar hər zaman çalışırlar ki, mümkün olan informasiyanı əldə etsinlər. DQ-ya səfər etmiş jurnalistlərin böyük əksəriyyəti hesab edirəm ki, əvvəlcədən hazırlaşdırılıblar".
sia.az