"İrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər fikri Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutskinin fikri olsa da, Rusiya prezidentinin belə bir imkanın olması heç kəsə sirr deyil". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Millət vəkili qeyd edib ki, Ermənistan müstəqil dövlət deyil: "Ona görə də Ermənistana Moskvadan verilən istənilən tapşırıq dərhal icra olunur. Rusiya prezidenti tərəfindən belə bir addım atılacaqsa, biz bunu çox müsbət dəyərləndiririk. Çünki, bu bölgədə sabitliyin inkişafına təkan verən bir addım ola bilər".
sia.az