PDF Oxu

Siyasət

  • 22

Mübariz Əhmədoğlu: “Yeddi rayonun qaytarılması bəyanatları reallıqdır”

Mübariz Əhmədoğlu: “Yeddi rayonun qaytarılması bəyanatları reallıqdır”

"Rusiya çoxdan Azərbaycanın işğal olunmuş yeddi rayonun geri qaytarılması fikrindədir. Sadəcə Ermənistan bu varianta razılıq verməməklə Rusiyanın maraqlarını zərbə altına qoyur". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Ermənistan bu addımı ilə özünün anti-Rusiyaçılığını göstərir: "Bu ideya çoxdan gündəlikdədir. Rusiya çalışır ki, yeddi rayon Azərbaycana qaytarılsın. Bir müddət sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr başlasın. Yəni, Kremlin rəsmilərinin, Putinin yaxın ətrafındakıların verdikləri bəyanatlardan anlamaq mümkündür. Amma, Kremlə çox yaxın olan politoloq Sergey Markov açıq mətnlə bu məsələni bir neçə dəfə təkrarlayıb. Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin ətrafında olan politoloqlar dəflərlə bəyan ediblər. Hətta ola bilər ki, bu gün Sergey Narışkinin özü də İrəvanda yeddi rayonun qayıtması məsələsini müzakirə etsin".Politoloq qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olarkən öhdəlik götürüb ki, Dağlıq Qarabağı öz ərazisi hesab etmir: "Ermənistanın AİB-ə üzvlüyü Rusiya Dövlət Dumasında ratifikasiya olunan zaman Dumanın MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Sluski bildirdi ki, Ermənistanın AİB-ə Dağlıq Qarabağsız daxil olması barədə öhdəlik götürməsi nəhayət ki, münaqişənin həlli yolunda irəli doğru addımlar atılmasına şərait yarada bilər. Ona görə də inanıram ki, yeddi rayonun qaytarılması bəyanatları reallıqdır".

sia.az

Digər xəbərlər