PDF Oxu

Siyasət

  • 19

YAP GB-da soyqırımı qurbanları anılıb

YAP GB-da soyqırımı qurbanları anılıb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofisində "31 Mart Azərbaycanlıların soyqırımı günü" ilə əlaqədar mühazirə keçirilib.SİA-nın məlumatına görə, mühazirədə YAP GB-nin sədri Seymur Orucov, sədr müavini Samirə Quliyeva, tarix elmləri doktoru, professor Anar İsgəndərov və fəal gənclər iştirak edib.Tarix elmləri doktoru, professor Anar İsgəndərov soyqırımı günü ilə əlaqədar mühazirəsində bildirib ki, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "31 mart azərbaycanlıların soyqırımı haqqında" Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir.A. İsgəndərov qeyd edib ki, Bakıdakı qırğın zamanı öldürülən azərbaycanlıların sayı 12 min nəfərə qədər olub. Onun sözlərinə görə, həmin dövrdə ermənilər tərəfindən Şamaxı şəhərində 8 min, Qubada isə 16 min insanın həyatına son qoyulub. Belə ki, tarixçi alim Qubada azərbaycanlılarla yanaşı, 3 000-dən çox yəhudinin də soyqırıma məruz qaldığını bildirib.

sia.az

Digər xəbərlər