PDF Oxu

Siyasət

  • 31

Nizami rayonunda soyqırımı qurbanları yad edilib TƏDBİR

Nizami rayonunda soyqırımı qurbanları yad edilib TƏDBİR

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı bir sıra tədbirlər keçirib. SİA-nın məlumatına görə, Erməni sovinistlərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı izlərini əks etdirən sərgi təşkil olunub, eyni zamanda, məlumatlandırma sessiyaları keçirilib.Tədbirlərdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov, rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və başqaları son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1918-ci il mart-aprel aylarında törədilən kütləvi qırğınlardan bəhs edib, həmin dövrdə baş verənləri bəşəri cinayət adlandırıblar.Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi bildirilib, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilib.

sia.az

Digər xəbərlər