"Ümumiyyətlə Yəmən hadisələrinə görə İranı kəskin tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bundan sonra İrana edəcəyi səfərdə onu heç bir sürpriz gözləmir". Bunu SİA-ya politoloq Vəfa Quluzadə deyib.Politoloqun sözlərinə görə, bütün xarici səfərlər əvvəlcədən razılaşdırılmış olur. Beləcə bu səfərlərdə nadir hallarda sürpriz ola bilər. Yəni burada Türkiyənin və İranın mövqeyi məlumdur. Türkiyə-İran iki qonşu dövlətdir".V.Quluzadə həmçinin Putinin Ermənistana səfəri ilə bağlı mətbuatda gedən məlumatlara da aydınlıq gətirib: "Bu məlumatlar reallıqdan uzaqdır. Ermənistanda Rusiyaya qarşı qəzəb hər ötən gün daha da güclənir. Ermənistan artıq tələb edir ki, Kreml Yeravanın müstəqilliyini boğmasın. Çünki Ermənistan Gömrük Ittifaqı barədə düşünmədiyi bir zamanda Sərkisyan Moskvaya dəvət olunub və o, bu təşkilata daxil olmağa məcbur olub. Putinin səfəri ona hesablanıb ki, Ermənistana ürək-dirək versin. Rusiya bəyan edir ki, o Ermənistana təminatçıdır".
sia.az