Heç şübhəsiz ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Bayrağımızın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır" müraciəti reallığı əks etdirir". BunuSİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Ekspertin sözlərinə görə, Azərbaycan müdafiə nazirindən gələn belə bir bəyanat birmənalı olaraq ciddi qəbul edilməlidir: "Azərbaycan hərbi potensialı nəinki texniki avadanlığı, eləcə də kadr heyəti baxımından son 15-20 ildə böyük inkişafa nail olub. Bu potensial haqqında nəinki ölkəmizin özü həmçinin də hərbi ekspertlər öz rəylərini bildiriblər. Bu bəyanat Azərbaycanın mövqeyini bir daha ortaya qoyur. Ölkəmiz lazım gələrsə, Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi sülh danışıqları heç bir nəticə vermədiyi təqdirdə, Ermənistanın qeyri-konstruktiv mövqeyi davam edərsə, onda Azərbaycan öz qanuni torpaqlarını hərbi yolla geri qaytarmağa qadirdir. Hər bir sülh danışığlarının arxasında istənilən ölkənin araxasında güclü hərbi potensial dayanmalıdır. Əgər bu yoxdursa, danışığlar lazımi nəticəni verməyə də bilər".
sia.az