"Bu gün Azərbaycan cəmiyyətində müxalifətə inam yoxdur əksinə nifrət var". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov AXCP sədri Əli Kərimlinin aprelin 5-nə planlaşdırdığı 100 minlik yalanına münasibət bildirərkən deyib.YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, Azərbaycan demokratik bir cəmiyyətdir: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini demokratik prinsiplər təşkil edir. Azərbaycanda sözün həqiqi mənasında konstruktiv düşüncə tərzinə malik, dövlətçiliyi əsas tutan 100 minlik müxalifət olardısa təbii ki biz buna sevinərdik. Ancaq indiki bu dağıdıcı, qaragur müxalifət heç 500 nəfəri bir yerə toplamaq iqtidarında deyil. Bu insanlar illərlə yalandan hay-küy salmağla məşğuldurlar. Qoy onlar yığışıb öz saylarını ortaya qoysunlar. Bu gün Azərbaycan cəmiyyətində müxalifətə inam yoxdur əksinə nifrət var. Cənab Prezidentin siyasətini Azərbaycan vətəndaşları ürəkdən dəstəkləyərək ölkəmizin daha qüdrətli olmasını, inkişaf etməsini istəyir. Heç şübhəsiz ki, biz buna da nail olmuşuq".A.Hüseynov əlavə edib ki, artıq Azərbaycan cəmiyyəti və vətəndaşları Prezidentin siyasətini dəstəkləyir, ona inanır və bu inamdan da çox böyük bəhrələnir: "Müxalifətin bu qədər o qədər adam yığması ilə bağlı boş-boş danışmalarının isə heç bir əsası yoxdur".
sia.az