Vüqar Rəhimzadə: "Ağlı başında olan, normal reallığı qəbul edən şəxslər Əli Kərimli və onun kimi digərlərinin kimliyini dərindən bilirlər"
"AXCP sədri Əli Kərimlinin aprelin 5-nə planlaşdırdığı 100 minlik yalanının hər biri xəstə təxəyyülün, düşüncənin məhsuludur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, müxalifət aksiyaya nəinki 100 min, heç 100 nəfər də toplaya bilməyəcək: "Ümumiyyətlə hesab edirəm ki, müxlaifət mətbuat orqanı olan "Azadlıq" qəzetinin özü belə anormal, jurnalistikaya ziddi çağırışlarla fəaliyyətdədir. Onlar sadəcə olaraq özlərini gündəmdə saxlamaq, varlığlarını göstərmək üçün bu tip çağırışlar edirlər. Təbii ki, bunların heç biri reallığı əks etdirmir. Azərbaycan cəmiyyəti, vətəndaşları birmənalı şəkildə dağıdıcı, radikal bu insanlara yox deyib və onları tarixin arxivinə atıblar. Əli Kərimlinin söylədiklərinin hər biri anormal düşüncə tərzinin məhsuludur. Hətta deyərdim ki, onlar heç yatıb yuxularında belə 100 minlik aksiyanı görə bilməzlər. Ağlı başında olan, normal reallığı qəbul edən şəxslər Əli Kərimli və onun kimi digərlərinin kimliyini dərindən bilirlər. Deyərdim ki, onların bir illik hakimiyyətləri dövründə vətəndaşlarımızın başına gətirdiyi oyunlar hər bir insanın yaddaşındadır. Dağıdıcı, radikal müxalifətə Azərbaycan cəmiyyəti öz yerini göstərib. Onlar cəmiyyətdə heç vaxzt qəbul olunmayıb və bundan sonra da qəbul olunmayacağlar".
sia.az