PDF Oxu

Siyasət

  • 23

Siyavuş Novruzov: "Minsk qrupu fəaliyyətsizdir" EKSKLÜZİV

Siyavuş Novruzov: "Minsk qrupu fəaliyyətsizdir" EKSKLÜZİV

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və millət vəkili Rauf Əliyev NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında çıxış ediblər. SİA-nın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçrilən seminarda əsas məruzə ilə Serbiyanın Baş nazirinin müavini, xarici işlər naziri, hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış edib.Məruzə ətrafında Azərbaycandan olan deputatlar çıxış edərək bir sıra məsələlərə toxunublar. Ukraniyanın daxili işlərinə qarışması ilə əlaqədar Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılması ilə əlaqədar Siyavuş Novruzov məsələyə münasibət bildirib: "Nəyə görə belə sanksiyalar Ermənistan respublikasına qarşı tətbiq olunmur. Belə ikili standartlardan azad olmasanız, münaqişə tərəflərinə münasibət eyni olarsa belə münaqişələrin həlli mümkün olmayacaq".Deputat Rauf Əliyev isə NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtı İrəvan şəhərində keçrilməsi ilə bağlı təklifə münasibət bildirərək qeyd edib ki, işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçirilməsi yolverilməzdir: "Azərbaycanlı deputatların əsassız olaraq İrəvan areportunda saxlanılması, moldovalı ombudsmanın ədalətli çıxışına görə Ermənistan tərəfindən təziqlərə məruz qalması bir daha göstərir ki, belə beynəlxalq tədbirin Ermənistanda keçrilməsi beynəlxalq ictimaiyyətə hörmətsizlik olar. Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan iki Azərbaycan vətəndaşının bu vaxta qədər girovluqda saxlanılması, üstəlik onlar üzərində saxta məhkəmə prosesinin aparılması bu dövlətin əsl simasını göstərir".Daha sonra qeyd olunub ki, bu tədbirin İrəvanda keçrilməsi Rusiyanın razılığından aslı olan bir məsələdir. Əgər Rusiya icazə verərsə bu tədbir İrəvanda keçrilə bilər.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan deputat Siyavuş Novruzov bu münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış Minsk qrupunun fəaliyyətsizliyini də qeyd edib. Məsələ barəsində danışan millət vəkili bildirib ki, Minsk qrupu yaranandan bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görməyib: "Həmsədrlərin münaqişə zonasına səfərləri daha çox turist səfərlərinə bənzəyir. ATƏT-in rəhbərliyindən bu münaqişənin həll edilməsi üçün əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı müxtəlif sanksiyaların tətbiq edilməsini tələb edirik".

sia.az

Digər xəbərlər