"Müxalifətin bundan öncə keçirdiyi mitinqdə yalnız 600-700 nəfər iştirak edib. Biabırçı şəkildə keçirilən bu mitinqi də bütün ictimaiyyət izlədi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP sədri Əli Kərimlinin aprelin 5-nə planlaşdırdığı 100 minlik yalanına münasibət bildirərkən deyib.YAP icra katibinin müavinin sözlərinə görə, 100-200 minlik insan o şəxsin arxasınca gedirki o Vətəninə, xalqına, millətinə, dövlətinə xidmət edən insan olsun: "Əli Kərimli bəlli olduğu kimi xaricdən bəzi qüvvələr tərəfindən maliyyələşdirilir. Onun keçirdiyi mitinqlər ancaq təxribat xarakteri daşıyır və iğtişaş törətməyə yönəlib. Heç şübhəsiz ki, onların aprelin 5-nə planlaşdırdığları mitinqdə də 500-600-dən artıq adam olmayacaq. Bu şəxslər yenidən ictimaiyyəti çaşdırmaq, yalan məlumat vermək və o sayda olan insanlar üçün xaricdən maliyyə almaq arzusundadır".
sia.az