Dağlıq Qarabağda hərbi xunta hökm sürdüyü üçün bu qondarma rejim heç bir dövlət tərəfindən tanınmır. Belə bir qurumun məhkəmə hakimiyyəti ola bilməz. Bu baxımdan da, kəlbəcərli girovlara hansısa "məhkəmə" şousu düzəltmək tamamilə yolverilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.Millət vəkili qeyd edib ki, qondarma rejim bir növ xarici dövlətlərə məhkəmələrinin olduğunu, kimlərisə mühakimə etdiklərini göstərmək istəyir: "Dövlət yoxdursa təbii ki, qanunları da yoxdur. Qanunu olmayan bir dövlət hansı qanuna uyğun bu insanları mühakimə edir? Beynəlxalq konvensiya var və bu konvensiyanın prinsiplərinə Azərbaycan tərəfi hər zaman əməl edir".Çingiz Qənizadə onu da qeyd edib ki, əksər hallarda ermənilərin mülki vətəndaşları, hərbiçiləri bizim tərəfdə saxlanıldıqdan bir müddət sonra ölkələrinə geri qaytarılır: "Ancaq buna baxmayaraq, Ermənistan iki soydaşımızı geri qaytarmaq əvəzinə onlar üzərində şou xarakterli məhkəmə adlı bir oyun qurdu. Beynəlxalq hüquq normaları bu iki şəxsin geri qaytarılmasını tələb etsə də, ATƏT-in Minsk qrupu, Beynəlxalq Qırmızı Xaç komitəsi bu məsələdə kifayət qədər aktiv rol oynamırlar. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dünyanın hər bir nöqtəsində siyasi proseslərə təsir etmək imkanı olan ABŞ və Avropanın bir çox dövlət qurumları sözügedən məsələdən xəbərsiz olduqlarını bəyan edirlər"."Dövlət başçısı cənab İlham Əliyev daim dövlətin marağını qoruduğu kimi, hər bir vətəndaşımızın da marağını qoruyur" deyə qeyd edən millət vəkili Cənab Prezidentin bu istiqamətdə də işləri davam etdirdiyini vurğulayıb.Çingiz Qənizadə son olaraq millət vəkili, hüquq müdafiəçisi kimi bütün beynəlxalq tədbirlərdə məsələni qaldırdığını və gec-tez beynəlxalq qurumları təmsil edən insanların vicdanlarının oyanacağına ümüdvar olduğunu qeyd edib.
sia.az