"Milli Şuranın mitinqində on minlərlə adamın iştirak edəcəyi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Birmənalı şəkildə Azərbaycan xalqı bunların verdiyi boş vədlərə inanmır". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.Onun sözlərinə görə, radikal müxalifət partiyaları nümayəndələrinin özləri de heç bir gücə sahib olmadıqlarının fərqindədirlər: "Mitinqlərdə verilən şüarlar da özündə obyektiv səbəblərdən olan məsələlərə subyektiv baxışı əks etdirir. Xalqın bütün gözləntisi dövlətdəndir. Xalq görür ki, burada bir əqidə göstəricisi, ideoloji tondem yoxdur. Ona görə hər hansısa bir şəxsin verdiyi boş vədlərə xalqın heç bir nümayəndəsi inanmır. Müxalifət nümayəndələrinin bacardığı yeganə iş müxtəlif şüarlar səsləndirməkdir. Bu cür addımlar atmaqla həmin şəxslər sadəcə öz varlıqlarını müəyyən dərəcədə göstərməyə çalışırlar. Onların özlərinə də bəllidir ki, iqtidarla mübarizə aparmaq üçün heç bir gücə, siyasi iradəyə malik deyillər"
sia.az