Daşkəsən rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü böyük kədərlə qeyd edildi
31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Daşkəsən rayon icra hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə iştirak edən iştirakçılar soyqırımına məruz qalan azərbaycanlıların ruhunu bir dəqiqilik sükutla yad ediblər.
Anım tədbirini Daşkəsən rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev açaraq, iki əsrdən çox xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərdən bəhs edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hücum diplomatiyası, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə apardığı uğurlu təbliğat işləri nəticəsində ermənilərin qəddarlığı, haqsızlığı, Azərbaycan torpaqlarını işğal etmək niyyəti dünyaya bəlli olur. Ermənilərin özlərinin mütərəqqi fikirli adamları da bəzən həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Erməni tarixçisi V.İşxanyan "Qafqaz xalqları" kitabında qeyd edib ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olmuşdur. Yüzlərcə tarixi şəxsiyyətlərin bu cür fikirlərindən sitatlar gətirmək olar".
Əhəd Abıyev dəyirmi masa iştirakçılarına xatırladıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev ölkə Prezidenti kimi 26 mart 1998-ci il mart tarixində, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi barədə Fərman imzalayıb: "Həmin Fərman erməni ideoloqlarının "məzlum erməni xalqının" soyqırımının ilə bağlı yalançı təbliğatını ifşa etməkdə, həqiqi soyqırımın köklərini açıb bütün dünyaya yaymaqdadır. Təcavüzkar və cəllad Ermənistanın əsl ünvanı beynəlxalq aləmdə artıq tanınmaqdadır. Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman bütün dünya azərbaycanlılarını düşmənə, terrora, mütəşəkkil ermənçilik siyasətinə qarşı mübarizədə sayıq və prinsipial olmağa qətiyyət, yekdillik və fəallıq nümayış etdirməyə səfərbər edən tarixi bir sənəddir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan qətnaməşərtlərini hələ də yerinə yetirmir.Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub. Bunun əksinə olaraq, Ermənistan öz təcavüskar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın qeyri - konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. Artıq BMT də, Avropa Şurası da Ermənistanı rəsmi şəkildə təcavüzkar dövlət kimi tanıyıb. Bununla belə, beynəlxalq təşkilatların reallığı, ədaləti, beynəlxalq hüquq norma və prinsiplərini əks etdirən qərarları, qətnamələri icra olunmur".
Anım mərasimində Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Aidə Nağıyeva çıxış edərək, tarix boyu ermənilərin yaltaq, bic olması, eyni zamanda qəddarlığı barədə tutarlı faktlarla öz fikirlərini dəyirmi masa iştirakçılarına çatdırıblar. Çıxış edənlər bəşəriyyətə və insanlığa qarşı yönələn erməni vəhşiliklərinin cəzası qalmayacağını bildiriblər.
R.KAMALQIZI