PDF Oxu

Siyasət

  • 29

“Aksiyadan ciddi nəsə gözləmək lazım deyil” AÇIQLAMA

“Aksiyadan ciddi nəsə gözləmək lazım deyil” AÇIQLAMA

"Müxalifətin aprelin 5-nə planlaşdırdığı aksiyadan ciddi heç bir şey gözləməyə dəyməz". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli AXCP sədri Əli Kərimlinin aprelin 5-nə planlaşdırdığı 100 minlik yalanına münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, bu, məqsədyönlü şəkildə keçirilən aksiyadır: "Hətta bildiyiniz kimi, Azərbaycanda beynəlxalq tədbirlər keçiriləndə bir neçə istiqamətdə ölkəmizə qarşı hücumlar başlayır. Bunlar Azərbaycanın marağlarına zidd fəaliyyət göstərən, eyni zamanda ölkəmizin müstəqil siyasət yürütməsini arzu etməyən dairələrin təsirini stimullaşdıran davranışlardır. Digər qrup isə erməni diasporası, lobbisi ilə yaxından əlaqəsi olan və onların sifarişlərini yerinə yetirən dairələrdir. Təbii ki, onların da Azərbaycanda bir qrup yetkililəri var ki, həmin şəxslər daxildə atdığları addımlarla ölkədə ictimai-siyasi mühiti pozmağa çalışırlar. Məqsədyönlü şəkildə bir mənbədən idarə olunan kampaniyadır. Amma nəzərinizə çatdırım ki, Azərbaycan xalqı da baş verənlərin fərqindədir və heç zaman bu cür pozucu əməllərə dəstək verməyiblər. Beləcə həmin qüvvələrin əleyhinə çıxış ediblər. Təbii ki, bu baxımdan da aprelin 5-də keçiriləcək növbəti aksiyadan da ciddi heç bir şey gözləmək lazım deyil".

sia.az

Digər xəbərlər