PDF Oxu

Siyasət

  • 20

Emin Həsənli: “Azərbaycan vətəndaşları buna çox inanır” AÇIQLAMA

Emin Həsənli: “Azərbaycan vətəndaşları buna çox inanır” AÇIQLAMA

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Bayrağımızın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır" müraciətinin real əsasları var". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.Hərbi eskpertin sözlərinə görə, bu gün Azərbaycan ordusunun güclü maddi texniki bazası var: "Eləcə müasir standartlara cavab verən silah və sursatları var. Əsgərlərimizin döyüş əhval-ruhiyyəsi çox yüksək səviyyədədir. Cəbhə bölgəsində mütəmadi olaraq təlimlərin keçirilməsi buna bariz sübutdur. Düşmənin diversiya qrupu tez-tez zərərsizləşdirilir və xeyli sayda itki verərək geri çəkilir. Azərbaycan ordusu Ermənistandan 10 dəfədən artıq üstündür. Ona görə də Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət də bunu deməyə əsas verir ki, biz tezliklə torpağlarımızı işğaldan azad edəcəyik. Buna hər kəsdə böyük bir əminlik var. Azərbaycan vətəndaşları buna həddindən artıq çox inanır".

sia.az

Digər xəbərlər