"Əli Kərimli və Cəmil Həsənli çoxdan bitmiş adamlardır. Bunu özləri də bilir və anlayırlar. Sadəcə nəsə eləmək lazımdır ki, xaricdən gələn qrantlar bitməsin, hər il ətrafdakı zombilərdən beş –altısı türməyə gedib bunların cəfakeş obrazını yaratsın, pul qazandırsın və s ilaxır. Bax ona görə də rəzillik və ciddi fiasko bahasına da olsa mitinq, aksiya sevdasından əl çəkmirlər". Bunu SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.E. Musayev deyib: "Əli Kərimli və Cəmil Həsənli artıq eyforiyanın elə bir mərhələsindədirlər ki, hərəkətlərini şüurlu şəkildə tənzimləyə bilmirlər. Onların çox ciddi görmə və eşitmə hallüsinasiyaları var. Psixi xəstədirlər. Ona görə Kərimlinin "F5"-i nəticəsində hansısa məqalənin yüz min olan oxunma sayını yüz minlik elektorat kimi göstərirlər, hələ keçirilməyən mitinqə 3 gün öncədən "möhtəşəm" statusu verirlər, qaçağan Natiq Güləhmədoğlunu, vurağan İlham Hüseyni Azərbaycan gəncliyinin öncülləri kimi təqdim edirlər. Bu cür xəstəliklərin isə müalicəsi olmur".E. Musayev AXCP-də gənclərlə partiya rəhbərliyi arasında baş verən fakir ayrılığına da münasibət bildirib: "AXCP Əbülfəz Elçibəydən sonra zatən parçalanıb, pərən-pərən olub, 9 müavin, minlərlə cəbhəçi istefa verib. Təbii, eyni adlı prosesin davamı da gələcəkdir və gəlir. Bu dəfə gənclərin timsalında… Artıq sanki ayılıblar, bataqlığın tam içinə yuvarlandıqlarının fərqindədirlər, gec də olsa Əli Kərimlinin, öz saxta liderlərinin maskasız sifətini görə bilirlər. Odur ki, gözləyək. Xislətindən, məqsədindən, ideyalarından üfunət, çirkab, satqınlıq qoxan insanların siyasətdəki tam çöküşünü gözləyək. O gün uzaqda deyil".
sia.az