"Dağlıq Qarabağa xaricdən ermənilərin köçürülməsi erməni əməli, düşüncəsi, siyasəti, 200 ildən bəri yürüdülən siyasətin davamıdır". BunuSİA-ya millət vəkili Fəzail İbrahimli deyib.Millət vəkili qeyd edib ki, ermənilərin Dağlıq Qarabağa köçürülməsi müharibədən sonrakı illərdə də baş verib: "O vaxt imperiya var idi və yeritdiyi siyasətə görə heç bir qurum qarşısında cavab vermirdi. İndi BMT, Avopa Şurası və digər beynəlxalq təşkilatlar var. Amma, beynəlxalq hüquq işləmir. Bu gün zora və emosiyalara söykənən proses gedir. Bu da onun nəticəsidir. Ermənistan nədən Dağlıq Qarabağa erməni köçürməsin? Yaxud bu addımı atmamaq üçün nədən çəkinməlidir? Bunu etdiyinə görə hansı cəzanı alacaq? İnsan o zaman qorxur ki, cəza alır. Ona görə də əməlləri qarşısında cavabdehlik daşıyır. Cəzasız insanlar həmişə bəd əməllər törədib. Dövlət də, millət də, xalq da belədir". "Ermənistan neçə illərdir Azərbaycanın 20 faiz torpağını işğal edib. Amma ona qaşının üstündə gözün var deyən yoxdur. Ona görə də bu gün işğalı reallaşdırır. Suriyadan və digər ölkələrdən gətirilən ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi ermənilərin orada daimi məskunlaşdırılması prosesi deməkdir. Sabah Dağlıq Qarabağ problemi həll olunanda da bizim üçün meydana çıxacaq problemlərdən biri olacaq" – deyə, F. İbrahimli vurğulayıb.
sia,az