PDF Oxu

Siyasət

  • 22

Musa Qasımlı: “Bu, Roma Papasının ermənilərə mesajıdır” MÜNASİBƏT

Musa Qasımlı: “Bu, Roma Papasının ermənilərə mesajıdır” MÜNASİBƏT

"Tarixi həqiqətləri az-çox bilən dövlət, siyasi və ictimai xadim əgər ədalətlidirsə və başqa niyyəti yoxdursa, uydurma erməni soyqırımına yox deməli, Ermənistana və erməni diasporasına tərs sillə vurmalıdır". Bu sözləri SİA-ya açıqlamasında, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı qondarma soyqırımın 100-cü ildönümü ilə ilə əlaqədar aprelin 24-də Ermənistanda keçiriləcək tədbirdə Roma Papası Fransiskin iştirak etməməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ermənilər ən azı son 300 ildə törətdikləri qanlı əməlləri ilə sülh, birgəyaşayış dini olan xristianlığa daim ləkə vurublar, nüfuzuna xələl gətiriblər. Sonra isə cinayətlərini gizlətmək üçün özlərinin əzabkeş obrazını yaradıblar, guya soyqırıma məruz qaldıqlarına dair haray-həşir qoparıblar: "Fikrimcə, Roma Papası 1915-ci ildə baş verən hadisələr haqqında tarixi həqiqətlərini, "soyqırım"ın qondarma olduğunu, belə tədbirlərin dinlərarası və xalqlararası dialoqa ağır ziyan vurduğunu yaxşı bildiyi üçün Yerevana səfər etməyəcək. Belə bir qərarən qəbul edilməsi qərarı eyni zamanda, Ermənistan rəhbərliyinə bir mesajdır ki, qanlı əməllərinizdən əl çəkin, işğal etdiyiniz Azərbaycan torpaqlarını, boşaldın, qonşu ilə yaxşı keçinin, xristian dininə ləkə vurmayın. Heç şübhəsiz, Yerevana səfər edənlər də olacaq. Ancaq onlar tarixi bilsələr də, hər hansı bir təəssübkeşliyin təsiri altında bu yanlış addımı atacaqlar, hərəkətləri qardaşlığa və dostluğa deyil, düşmənçiliyi qızışdırmağa, terroru himayə etməyə xidmət edəcək. Çünki Serj Sarkisyan qatil və terrorçudur".

sia.az

Digər xəbərlər