PDF Oxu

Siyasət

  • 28

Hikmət Hacıyev: “Bəzi vətəndaşlarımız Yəməndən çıxmaq niyyətində deyil” AÇIQLAMA

Hikmət Hacıyev: “Bəzi vətəndaşlarımız Yəməndən çıxmaq niyyətində deyil” AÇIQLAMA

"Yəməndən təxliyyə edilən Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatındadırlar". Bunu SİA Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.XİN sözçü deyib ki, hətta səfirlikdən verilən məlumata görə, Yəməndə 20-ə yaxın Azərbaycan vətəndaşı mövcuddur: "Azərbaycan səfirliyi Yəməndəki hadisələr başlayan ilk gündən vətəndaşlarımıza dəstək vermək hazırlığını ifadə edib. Ötən ilin fevral ayından etibarən səfirliyin saytında qaynar xəttdə yaradılıb. İlkin mərəhələdə müəyyən sayda Azərbaycan vətəndaşı Rusiya tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən çıxarılıb. Təbii ki, digər vətəndaşlarımızın da özlərinin könüllü niyyəti olduğu təqdirdə ( evakuasiya olunması istiqamətində) səfirliyimiz lazımi dəstək göstərməyə hazırdır. Amma bir qrup vətəndaşlarımız var ki, onlar hələ də ölkədən çıxmaq niyyətində deyillər. Təbii ki, bu da onların şəxsi ailə qərarlarıdır".Qeyd edək ki, Rusiya və digər ölkə vətəndaşlarını gətirən ilk təyyarə yerli vaxtla ötəb gün saat 02:25-də Moskva vilayətindəki Çkalovsk aerodromunda yerə enib. Rusiyaya məxsus təyyarənin göyərtəsində 160-dan çox insan olub. Onlardan 120-si Rusiya, 15-i Belarus, 10-u Polşa, 8-i Ukrayna, 3-ü Qırğızıstan, 3-ü Özbəkistan, 2-i Yəmən, 1-i isə Tacikistan vətəndaşıdır. Həmin şəxslərdən 64-ü azyaşlı, 15-i iki yaşadək uşaqlardır.Göyərtəsində 130-dən çox sərnişin olan ikinci təyyarədəki şəxslərdən isə 5-i Azərbaycan, 43-ü Rusiya, 44-ü Özbəkistan, 15-i Yəmən, 8-i Tacikistan, 5-i Belarus, 3-ü Polşa, 3-ü Qırğızıstan, 2-si Ukrayna, 1-i Kanada, 1-i Serbiya, 1-i Litva, 1-i isə Moldovadandır. Təyyarədəkilərdən 18-i azyaşlıdır ki, onların da 7-si yaşı ikiyədək olan uşaqlardır.

sia.az

Digər xəbərlər