PDF Oxu

Siyasət

  • 18

Millət vəkili: “Ayrı siyasət yürütməliyik”

Millət vəkili: “Ayrı siyasət yürütməliyik”

"Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə ayrı siyasət yürütməliyik". SİA-nın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı bildirib.Onun sözlərinə görə, Andranik Qriqoryan kimi ağ bayraq qaldıran yeni ermənilərin bu cür meylləri artmaqdadır: "Biz sabah ağ bayraq qaldıran erməniləri qəbul etməyə hazırıqmı? Bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənmişik. Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etməliyik".Məsələyə münasibət bildirən millət vəkili İqbal Ağazadə deyib ki, həmin ermənilərə Azərbaycan pasportu verilməlidir: "Dağlıq Qarabağdakı ermənilər bizim torpaqlarda anadan olub. Onların Azərbaycan tərəfindən bağışlanması üçün aiddiyyatı orqanlar qərar qəbul etməlidir. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilə bilər". "Əgər onlara qaçqın statusu verilsə, çox güman ki, Ermənistanda adam qalmaz" – deyə, spiker Oqtay Əsədov İqbal Ağazadənin bu fikirlərinə münasibət bildirib.

sia.az

Digər xəbərlər