PDF Oxu

Siyasət

  • 28

“NATO Gürcüstan siyasəti barədə ciddi düşünməlidir” AÇIQLAMA

“NATO Gürcüstan siyasəti barədə ciddi düşünməlidir” AÇIQLAMA

"NATO-nun Gürcüstanla bağlı siyasəti yarımçıqdır. Əgər NATO öz maraqları naminə Gürcüstandan istifadə edirsə bu, rəsmi Tiflisin təhlükəsizliyinin təmin edilməsi üçün heç nə vəd etmir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu NATO-nun Gürcüstan vasitəçiliyi ilə aktivliyinin artırılmasına münasibət bildirərkən deyib.Mərkəz sədrinin sözlərinə görə, faktiki olaraq NATO elə bir vəziyyət yaradıb ki, Rusiya artıq Gürcüstanı NATO-nun tərkib hissəsi bilir: "O baxımdan da Rusiya Gürcüstana təzyiq edir və bu təzyiqlərini də artıracaq. Amma NATO Gürcüstanı öz üzvlüyünə qəbul etmədiyinə görə onun təhlükəsizliyinə də məsuliyyət daşımır. O cümlədən sabah Rusiya da Gürcüstana hücum etsə, bu dövlətə qarşı hərbi təzyiqlərini artırsa, NATO rəsmi Tiflisi müdafiə etməyəcək. Məsələn, bu yaxınlarda Rusiya Abxaziyanın, Osetiyanın da ərazisində hərbi təlimlər keçirdi. NATO Rusiyaya bəyanatdan başqa heç bir şey vermədi. Düşünürəm ki, NATO Gürcüstan siyasəti barədə ciddi düşünməlidir".

sia.az

Digər xəbərlər