Aprelin 3-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
AZƏRTAC Belarus Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ, o cümlədən XİN-lərarası məsləhətləşmələrin planları, sərhəd təhlükəsizliyinin möhkəmlənməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahələrində əməkdaşlıq, hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, müdafiə, mədəniyyət, təhsil və idman sahələrində inteqrasiya əlaqələrinin genişlənməsi məsələləri daxildir.
AZƏRTAC