"Radikal müxalifət partiyalarının rayon təşkilatları yox səviyyəsindədir. Ola bilər ki, rəyon təşkilatı nümayəndələrinin üzvlük vəsiqələri olsun ancaq onların ən aktiv mərhələdə mitinqlərdə iştirak etməmələri Əli Kərimliyə və onun timsalında radikal müxalifətə olan münasibətin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Onun sözlərinə görə, radikal "liderlər" komputer arxasından çəkilmirlər: "Onların siyasəti "facebook"-da "like"yığmaqdan, saxta profillərlə sosial şəbəkələrdə söyüş söyməkdən, təhqir etməkdən ibarətdir. Bu şəxslərin ümumiyyətlə bölgələrə çıxmamaları, insanlarla təmas qurmamaları səbəbindən bölgə əhalisi keçirilən mitinqlərə qatılmır. Mən özüm müxtəlif seçkilər ərəfəsində bölgələrə səfərlər etmişəm. Həmin səfərlər zamanı əhalinin müxalifətə qarşı nə qədər ikrah hissi ilə yanaşdığının şahidi oldum. Bunun səbəbi də 20 ildən bəri gələn uğursuzluqla bağlıdır. Bir sözlə radikal müxalifət hakimiyyətə keçmək üçün bütün körpüləri yandırıb. Azərbaycan iqtidarı hər zaman dialoqa, xoş münasibətə meyllidir. Ancaq bu şəxslərin bir masa ətrafında əyləşməyə belə üzləri qalmayıb. Artıq son dövrlərdə AXCP gəncləri də təşkilat rəhbərliyinə qarşı üsyan etməyə başlayıblar. Bu ondan xəbər verir ki, təşkilat içində də artıq münasibətlər pozulub. Əli Kərimli diktator təfəkküründə, despot tərbiyəyə malik olan adamdır. Hətta məsələ o yerdədir ki, AXCP üzvlərinə də öz işçiləri kimi davranır. Buna görə də bu insanların mitinqi də, gələcəyi də sözün əsl mənasında fiaskoya uğrayıb".
sia.az