"Ümid edirəm ki, İranla-Qərb arasında əldə olunan razılaşma tərəflər arasında sazişin imzalanması ilə yekunlaşacaq". Bunu SİA-ya Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Millət vəkili xatırladıb ki, tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq: "Bölgədə qarşıdurmaların olmaması çox müsbət hal kimi qəbul olunmalıdır: "İnanıram ki, bu proses Yaxın Şərqdə də gərginliyin azalmasına xidmət edəcək".Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən İran 10 il ərzində uranın zənginləşdirilməsi üzrə istehsalat gücünün 2/3 hissəsini dayandırmalıdır. Həmçinin İran uranın zənginləşdirilməsinə dair bütün proqramları 25 illik beynəlxalq nəzarətdə olacaq. Aİ, öz növbəsində, İranın razılaşmaya əməl edəcəyi təqdirdə Tehrana qarşı tətbiq edilən sanksiyaları tədricən aradan qaldırmağa dair öhdəlik götürüb.
sia.az