"Erməni cəmiyyəti dünyada gedən proseslərə diqqətlə nəzər salsa, Sarkisyan və onun ətrafında olan komandasının kim olduğunu araşdırsa, sonda bu araşdırmalardan nəticə çıxarsa, hazırda keçirilən etiraz aksiyalarını dayandırmadan bu hərbi xuntanı bir neçə gün içində süpürüb ata bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, hazırda Ermənistandakı hakim rejim cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Mənim fikrimcə terrorçu Sarkisyan rejiminin əmələrini araşdırmaq qabiliyyətində olan şəxslər hazırda Ermənistan cəmiyyətində mövcuddur. Bu şəxslər Ermənistanın gələcəyini düşünməli və nəticə çıxarmalıdırlar ki, normal həyat sürmək istəyən şəxslərə normal insanlar rəhbərlik etməlidir. Bu rejim ümumiyyətlə hakimiyyətdən süpürülüb atılmalı və bundan sonra həmin şəxslər ədalət məhkəməsi qarşısında törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Ermənistan ictimaiyyəti özlərinə elə rəhbər seçməlidirlər ki, Ermənistan dövlətini düşdüyü hazırki vəziyyətdən çıxarmaq iqtidarında olsun. Bu ölkənin yalnız bir çıxış yolu var. Bu da qonşularla, xüsusilə də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq yolu ilə mümkündür. Normal münasibət yaratmaq isə Azərbaycana qarşı işğalçılıq niyyətindən əl çəkmək, qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və Türkiyəyə qarşı olan soyqırımı iddialarına son qoymaqla mümkündür. Nə qədər ki, terrorçu Sarkisyan Ermənistanın rəhbərliyindədir, o zamana qədər erməni milləti səfalət içərisində yaşayacaqdır".
sia.az