"Ümumiyyətlə ASALA terror təşkilatı hər zaman Azərbaycan üçün təklükə mənbəyidir. Biz bunu yaddan çıxarmalı deyilik". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.Deputatın sözlərinə görə, Azərbaycana qarşı təklükə mənbəyi olan tək ASALA deyil, eləcə də buna ermənilərlə bağlı olan terror təşkilatları, qruplaşmalarını da göstərmək olar: "Lakin Azərbaycanda hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin yüksək hazırlıq səviyyəsi ölkəmizdə bu və buna bənzər terror təşkilatlarının törətmək niyyətində olduqları əməllərin qarşısını almağa qadirdir. Bildiyiniz kimi, Azərbaycanda bir neçə terror təşkilatları zaman-zaman zərərsizləşdirilib. Beləcə, onların terror törətmək imkanlarının qarşısı alınıb. Mən bu baxımdan MTN, DİN-in peşəkarlığını yüksək qiymətləndirirəm. Bir vətəndaş kimi onlara çox arxayınam. Təbii ki, hər bir Azərbaycan vətəndaşı da ayıq olmalıdır. Terrora qarşı mübarizədə biz tək hüquq-mühafizə orqanlarının peşəkarlığına və yüksək hazırlığına arxayın olmalı deyilik".
sia.az