PDF Oxu

Siyasət

  • 26

Millət vəkili: “Bu, siyasi nöqteyi nəzərdən çox önəmlidir”

Millət vəkili: “Bu, siyasi nöqteyi nəzərdən çox önəmlidir”

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səəudiyyə Ərəbnistanına səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafına xidmət edir". Bunu SİA-ya Demokratik İslahatlar Partiytasının sədri, millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, bu səfər Azərbaycanın Səəudiyyə Ərəbistanı ilə bir neçə sahədə əməkdaşlığını daha da gücləndirəcək: "Burada söhbət ölkələrimiz arasında iqtisadi, ticari, mədəni əlaqələrimizin güclənməsindən gedir. Bununla yanaşı çox mühüm amil ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səəudiyyə Ərəbnistanına səfəri zamanı bu ölkənin kralı Azərbaycana, onun ərazi bütövlüyünə və münaqişədə haqlı tərəf olduğu ilə bağlı çox mühüm bəyanatlar verdi. Hesab edirəm ki, bu bəyanatlar həm Səəudiyyə Ərəbnistanının bir ölkə kimi, həm də islam dünyasının Azərbaycanın haqlı mövqeyinə olan dəstəkdir. Bu da siyasi nöqteyi nəzərdən çox önəmlidir".

sia.az

Digər xəbərlər