PDF Oxu

Siyasət

  • 23

“Səudiyyə Ərəbistanı iqtisadiyyat mərkəzi hesab edilir” MÜNASİBƏT

“Səudiyyə Ərəbistanı iqtisadiyyat mərkəzi hesab edilir” MÜNASİBƏT

Hikmət Babaoğlu: "Azərbaycanın Səudiyyə Ərəbistanı üçün nə qədər əhəmiyyətli olduğu ortaya çıxdı"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər etməsini bu ölkə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.Himət Babaoğlu qeyd edib ki, İslam mədəniyyətinin mərkəzi hesab olunan Səudiyyə Ərəbistanı Krallığı eyni zamanda ərəb dünyasının iqtisadiyyat mərkəzi də hesab edilir: "Bu ölkənin çox ciddi iqtisadi resursları var və dünya siyasətini müəyyənləşdirən ölkələrlə uzunmüddətli strateji müttəfiqlik əlaqələrindədir. Bu baxımdan da sözügedən ölkənin Azərbaycan üçün, həmçinin Azərbaycanın bu ölkə üçün nə qədər əhəmiyyətli olduğu ortaya çıxır".Politoloq onu da qeyd edib ki, son bir neçə ayda dünyada baş verən proseslər Səudiyyə Ərəbistanı Krallığının Yaxın Şərqdə də aparıcı rola malik olduğunu sübut etdi: "Bu ölkə ərəb koalisiyasının təşəbbüskarlarından biri olaraq Yaxından Şərqdə qüvvələr balansının formalaşmasında yenidən şəkillənməsinə yön verən ölkələrdəndir. Ona görə də Yaxın Şərq bizim üçün bir qədər uzaq hesab olunsa da, bilirik ki, istər coğrafi, istərsə də mədəniyyət, din baxımından bizə yaxın ərazidir. Şübhəsiz ki, indiki mərhələdə Azərbaycanın bu cür əhəmiyyətli ölkə ilə əməkdaşlığını yeni mərhələyə daşıması bizə iqtisadi dividentlər gətirməklə yanaşı, həm də Azərbaycanın klassik Şərqdə formalaşan yeni münasibətlər sistemində də iştirakına, milli maraqların təmin olunmasına gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər