PDF Oxu

Siyasət

  • 27

MSK-da ciddi müzakirə

MSK-da ciddi müzakirə

Mərkəzi Seçki Komissyiasının bu gün keçirilən iclasında siyasi partiyaların MSK-ya illik maliyyə hesabatlarını təqdim etməməsi məsələsi müzakirə olunub. SİA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, illik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməlidir.MSK-nın katibi Mikayıl Rəhimov da bu barədə Ədliyyə Nazirliyinə müraciət edilməsini zəruri sayıb.MSK sədri Məzahir Pənahov isə deyib ki, MSK istəmir ki, bu barədə Ədliyyə Nazirliyinə müraciət edərək bu partiyaların fəaliyyətinə xitam verilməsinə səbəbkar olsun.M. Pənahov deyib ki, maliyyə əməliyyatlarının olub-olmamasından asılı olmayaraq partiyalar illik maliyyə hesabatlarını təqdim etməlidirlər.MSK sədri mətbuatdan bu barədə dəstək gözlədiklərini vurğulayıb.Sonda məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

sia.az

Digər xəbərlər