PDF Oxu

Siyasət

  • 27

Aydın Əliyev: "Əməkdaşlarımız üçün xüsusi treninqlər keçirilir" AÇIQLAMA

Aydın Əliyev: "Əməkdaşlarımız üçün xüsusi treninqlər keçirilir" AÇIQLAMA

"Bizim əsas hazırlığımız Avropa Oyunları ilə bağlı Azərbaycana gələn xarici vətəndaşların əl yüklərinin baqajlarının yoxlanılması, eyni zamanda ölkəyə daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi işinin təşkil olunmasıdır". SİA-nın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı komitənin görəcəyi işlərdən danışarkən deyib.Komitə sədri bu sahədə işlərin uğurla başa çatdığını bildirib: "Həmçinin idman mərkəzlərinin tikintisi ilə bağlı ölkəyə gətirilən tikinti materiallarının gömrük sənədləri rəsmiləşdirilir".A. Əliyev vurğulayıb ki, sərhəd-keçid məntəqələrində gömrük əməkdaşları üçün xüsusi treninqlər həyata keçirilir: "Çünki oyunlar zamanı gömrük əməkdaşları gərgin iş rejimində fəaliyyət göstərəcəklər. Bir neçə il bundan əvvəl Azərbaycanda həm "sərhəd gömrük qaydaları" haqqında, həm də daxildə müəyyən qaydalar haqqında xüsusi yaddaş kitabçaları hazırlayaraq, əməkdaşlara təqdim etmişik".

sia.az

Digər xəbərlər