PDF Oxu

Siyasət

  • 18

Baş direktor: “Azərbaycanın təcrübəsindən yetərincə faydalanacayıq”

Baş direktor: “Azərbaycanın təcrübəsindən yetərincə faydalanacayıq”

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Kamerun Gömrük İdarəsinin Baş direktoru xanım Libom Li Likeng Ni Mendomo Avumvele Minette və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələr və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.DGK-nın sədri Aydın Əliyev nümayəndə heyətini salamlayaraq, onları Azərbaycanda görməkdən məmnun olduğunu dilə gətirib: "Azərbaycan-Kamerun arasında əlaqələr 1995-ci ildən başlayır. Kamerun Milli Olimpiya Komitəsi rəhbərinin Azərbaycan səfərindən sonra bu ilk Kamerun dövlət rəsmisinin Bakıya səfəridir. Səfərdə əsas məqsəd Kamerun Gömrük İdarəsi tərəfindən Azərbaycanın gömrük xidmətinin modelinə olan maraqdır. Əsas maraq isə gömrük qanunverciliyi, risklərin idarə olunma mərkəzi və informasiya texnologiyalarının tətbiqidir. Eyni zamanda əməliyyat-axtarış fəaliyyəti və kinoloji xidmət sahəsində işlərin təşkil olunmasıdır. Kamerun Gömrük xidməti Ümumdünya Gömrük təşkilatında ümumiyyətlə isə Afrika qitəsində tanınmış xidmətlərdən biridir. Kamerun Gömrük İdarəsinin Baş direktoru xanım Libom Li Likeng Ni Mendomo Avumvele Minette həmçinin Ümumdünya Gömrük təşkilatının Qərb və Mərkəzi Afrika üzrə sədr müavinidir. Bununla belə o, 30 ildən çoxdur ki, gömrük xidmətində çalışır".Kamerun Gömrük İdarəsinin Baş direktoru xanım Libom Li Likeng Ni Mendomo Avumvele Minette isə öz növbəsində Bakıda olduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə və DGK-nın sədri Aydın Əliyevə təşəkkürünü bildirib: "Biz nümayəndə heyəti ilə Bakıda olduğumuza görə çox şadıq. Biz DGK-nın sədri ilə daha əvvəllər də görüşmüşük və səfərlə bağlı söhbətlər aparılıb. Çox gözəl bir şəkildə inkişaf etmiş gömrüyün dəvətidir ki, biz bunu dəyərləndirmişik. Ümumdünya Gömrük təşkilatının nəzdində də bizim inkişafı təşviq etmək üçün qarşılıqlı səfərlərin təkrar olunması vacibdir. Bu səfər bizə ona imkan verəcək ki, sizin hərtərəfli sahədə inkişaf etmiş ölkənizin təcrübəsindən ölkəmizdə geri qayıtdıqdan sonra istifadə edə bilək".Qeyd edək ki, görüşdən öncə Kamerun Gömrük İdarəsinin Baş direktoru xanım Libom Li Likeng Ni Mendomo Avumvele Minette və onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.Daha sonra onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanına gəliblər, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

sia.az

Digər xəbərlər