PDF Oxu

Siyasət

  • 31

MSK-dan siyasi partiyalarla bağlı açıqlama

MSK-dan siyasi partiyalarla bağlı açıqlama

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların illik maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi işi ilə məşğul olacaq MSK Katibliyində yaradılan yeni strukturlar açıqlanıb. MSK-dan SİA-ya verilən xəbərə görə, yeni struktur MSK Katibliyinin iki şöbəsində yaradılıb.Belə ki, siyasi partiyaların sənədləri ilə iş sektoru Ümumi şöbənin, Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru isə Maliyyə şöbəsinin tərkibində fəaliyyət göstərəcək.Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliyə əsasən, bu ildən etibarən siyasi partiyalar illik hesabatlarını MSK-ya təqdim etməlidirlər. Bu il üçün müddət aprelin 1-dək başa çatsa da yalnız 22 partiya MSK-ya maliyyə hesabatlarını təqdim ediblər.

sia.az

Digər xəbərlər