PDF Oxu

Siyasət

  • 13

Firudin Nəbiyev: “Bizə müraciət etsə, bu məsələyə baxmaq olar” MÜNASİBƏT

Firudin Nəbiyev: “Bizə müraciət etsə, bu məsələyə baxmaq olar” MÜNASİBƏT

"Azərbaycan demokratik dövlətdir. Təbii ki, demokratik dövlət olduğumuz üçün xaricdən gələn vətəndaşların Azərbaycan vətəndaşı olması, burada yaşaması həmişə maraqlı olub". SİA-nın məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev jurnalistlərə açıqlamasında deyib.Xidmət rəisinin sözlərinə görə, bu istiqamətdə artıq qanunvericilikdə bir çox dəyişikliklər olunub: "Hətta bu yaxınlarda "ikili vətəndaşlıq" haqqında qanun da qəbul edilib. Azərbaycan vərtəndaşı olmaq üçün müraciət edənlərin sayı həqiqətən də çoxalıb. Bir çox ölkələrdən müraciətlər olub. MDB məkanında vaxtilə bizim soydaşlarımız hansı ki, məlum 1990-cı il hadisələrində ölkəmizi tək edən şəxsləri artıq öz Vətənlərinə qayıtması halları aşkar edilir.Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı hüquqi verilməsinə gəlincə deyə bilərəm ki, əgər onlar ölkəmizə qayıdarsa, bizə müraciət edərsə bu məsələyə baxmaq olar: "Təbii o halda ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin".Gürcüstan azərbaycanlılarının vətəndaşlıq almaq məsələsində müəyyən problemlər yaşamasına da toxunan xidmət rəisi dedi ki, onlar hazırda heç bir problem yaşamır: "Əsasən problemi yaşadan həmin şəxslərin özüdür. Yəni vaxtilə Azərbaycana gəlmiş və ölkəmizdə bu günə kimi qeyri-qanuni yaşayan çoxlu sayda bizim soydaşlarımız var. Bununla bağlı biz həm maarifləndirmə, həm də məlumatlandırma işləri aparırıq. Onların vətəndaşlıqla bağlı müraciət etdikləri halda həmin məsələlərə baxılır".

sia.az

Digər xəbərlər